"Fənərbaxça" "Trabzonspor"u da məğlub etdi...

"Fənərbaxça" "Trabzonspor"u da məğlub etdi...
Dünən Türkiyə Superliqasının 16-cı turu çərçivəsində "Şükrü Saracoğlu" stadionunda "Trabzonspor"u qəbul edən İstanbulun "Fənərbaxça" futbol klubu, meydandan 1:0 hesablı qələbə ilə ayrılıb. Siasport.az saytı xəbər verir ki, son turlarda hər iki komanda xal itkisinə məruz qaldığı üçün bu qarşılaşmada 3 xalı əldə etmək hər iki komanda üçün hava və su qədər vacib idi. Xüsusi ilə bu yaxınlarda öz meydanında "Qalatasaray"a məğlub olan "Trabzonspor", bu derbi məğlubiyyətini "Fənərbaxça" üzərində qələbə qazanmaqla unutdurmaq istəyirdi.
Amma qarşılaşmanın 24-cü dəqiqəsində Mehmet Topuzun vurduğu qol, "Trabzonspor"un "Şükrü Saracoğlu"ndan da əliboş dönməsini reallaşdırdı. Bu qələbə sayəsində əzəli rəqibi "Qalatasaray"la xallarının sayını eyniləşdirən "Fənərbaxça", liderlik uğrunda inadlı mübarizəsini davam etdirir. "Trabzonspor" isə artıq turnir cədvəlinin otralarında qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə