Ukrayna yığmasını məğlub etdik, dünya çempionatının plef-off mərhələsinə vəsiqə qazandıq
Dünən futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda keçirilən 5-ci qrupunun oyunlarına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında keçirilən yarışda Azərbaycan milli komandası Ukrayna, Xorvatiya və Makedoniya yığmaları ilə münasibətlərə aydınlıq gətirib. Sonuncu turda Xorvatiya futzalçıları Makedoniyaya asanlıqla qalib gəliblər – 4:1. Yığmamızın Ukrayna komandası üzərində 2 top fərqi ilə qələbə qazanması vacib idi. Əks halda futzalçılarımız dünya çempionatına vəsiqə qazanmaq şansını tamamilə itirmiş olacaqdılar. Futzalçılarımızbu çətin vəzifənin öhdəsindən gəlməyi bacarıblar. Millimiz rəqibini 4:2 hesabı ilə məğlub edərək dünya çempionatının plef-off mərhələsinə qrup ikincisi kimi vəsiqə qazanıb. Ukrayna futzalçıları da növbəti mərhələyə yüksəliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB