Çində keçirilən "Sportakkord" şahmat üzrə intellektual oyuklarına yekun vurulub. Pekin şəhərində təşkil olunan turnirdə iştirakçılar gözübağlı sürətli şahmat üzrə qüvvələrını sınayıblar.
Bu yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlərimiz Şəhriyar Məmmədyarov və Vüqar Həşimov təmsil ediblər. Maraqlı keçən görüşlərdən sonra Vüqar Həşımov 5 xal toplayıb. Şahmatçımız Fransa təmsilçisi Maksim Vaşye-Laqrav və macarıstanlı həmkarı Zoltan Almaşı ilə eyni xal toplayıb. Ancaq buna baxmayaraq, Həşimov əlavə göstəricilərə görə, bürünc medala layiq görülüb.
Yarışda mübarizə aparan digər zəka sahibimiz Şəhriyar isə 3,5 xal toplaya bilib. Bu xal ancaq qrossmeysterimizin 7-ci olmasına kifayət edib.
Qeyd edək kı, Pekində bundan öncə zəka sahıblərımızdən Həşımov şahmatın rapid növündə gümüş, Şəhrıyar Məmmədyarov ısə blitsdə bürünc medal qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB