"Qalatasaray" 3 milyon avroya yerli futbolçu transfer etdi

"Qalatasaray" 3 milyon avroya yerli futbolçu transfer etdi
İstanbulun "Qalatasaray" futbol klubu, qış transferi ərəfəsində ilk transferini reallaşdırıb. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Fatih Terimin istəyi ilə İstanbul klubu "Gazientepspor"da forma geyən Olcanı 3 milyon avro müqabilində heyətinə qatıb. Türkiyənin "Milliyet" qəzeti xəbər verir ki, Superliqada olduqca perspektivli yerli futbolçular sırasında adı çəkilən Olcan elə bu qiymətlə "Qalatasaray"a transfer olmayacaq. belə ki, İstanbul klubu 3 milyon avro və üstəgəl özünün ehtiyat skamyada gün keçirən futbolçularından birini "Gazientepspor" klubuna verməli olacaq. Bir müddət "Fənərbaxça"nın da şərəfini qorumuş 26 yaşlı gənc və perspektiv vəd edən futbolçu, "cim bom"da ilinə 1 milyon 250 min avro məvacib alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə