"Bavariya" 10 nəfərlə "keçiləri" məğlub etdi...

"Bavariya" 10 nəfərlə "keçiləri" məğlub etdi...
Dünən Almaniya Bundesliqasının 17-ci turunun açılış oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, "Bayern Münhen" səfər meydanında "Köln"ün qonağı olub. Olduqca gərgin və dramatik keşən qarşılaşmada, hakim "Bavariya"nın fransız forvardı Frank Riberiyə rəqib futbolçuya fiziki xəsarət yetirdiyi üçün ona qırmızı vərəqə göstərərək meydandan qovub. Amma bu fakt "pivəçilərin" "Keçilər" üzərindəki 3:0 hesablı qələbə qazanmasına mane ola bilməyib. Belə ki, Mario Gomez, David Alaba və Toni Kruzun qolları ilə qələbə qazanan "Bayern Münhen", liderliyini bir qədər də möhkəmləndirib. 

Bütün xəbərlər Facebook səhifəmizdə