"Qalatasaray" "Orduspor"u da məğlub etd!

"Qalatasaray" "Orduspor"u da məğlub etd!
Dünən Türkiyə Superliqasının 16-cı turunda ilk açılış qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Qalatasaray" futbol klubu səfərdə "Orduspor"la qarşılaşıb. Son altı qarşılaşmada məğlubiyyət üzü görməyən "aslan", bu qarşılaşmadan da qalib çıxmaq və turnir cədvəlindəki hazırkı liderliyini daha da möhkəmləndirmək istəyirdi. "Qalatasaray" bu qarşılaşmada da istəyinə çatıb.

Oyuna daha istəkli və fəal başlayan İstanbul nəhəngi, qarşılaşmanın 22-ci dəqiqəsində Milan Baroşun və 67-ci dəqiqədə Kazım Kazımın vurduqları qollarla rəqibi üzərində 2:0 hesablı qələbə qazanaraq növbəti üç xalını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə