Putin rusiyalı oliqarxlara sərt xəbərdarlıq ünvanladı: “Pulu idmana sərf edin!”

Putin rusiyalı oliqarxlara sərt xəbərdarlıq ünvanladı: “Pulu idmana sərf edin!”
Rusiyanın Baş naziri Vladimir Putin, rusiyalı oliqarxlara xəbərdarlıq edib. Siasport.az saytı xəbər veriir ki, V.Putin, rusiyalı biznesmenlərin xarici ölkələrdə sərmayə qoymasında heç bir pis cəhət görmür, bu şərtlə ki, həmin sərmayələr "əyləncələrə" sərf edilməsin. Rusiyalı yazıçı Aleksandr Proxanov rusiyalı milyarderlərin xaricdə idman klubları alması və Dubayda otellər tikdirməsi barədə baş nazirin nə fikirləşməsi ilə "birbaşa xətt" verilişində maraqlanıb. Baş nazir bildirib ki, "Oliqarxlar barəsində mən birmənalı fikir söyləməzdim. Vəsaitlər "əyləncəyə" sərf edilirsə, bu, xoşagəlməz haldır, yaxşı olardı ki, həmin pullar bizim idmana sərf edilsin". Baş nazir vurğulayıb ki, bəzi ölkələrdə olduğu kimi heç nəyi oğurlamaq, yorğanının altında gizlətmək, simiclik etmək lazım deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə