Dünən futzal üzrə dünya çempionatının əsas seçmə mərhələsinin Bakıda təşkil olunan 5-ci qrupunun növbəti oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, Bakı İdman Sarayında milli komandamız Makedoniya yığması ilə qarşılaşıb. Oyunda əzmkarlıq nümayiş etdirən futzalçılarımız 7:1 hesabı ilə makedonlara qalib gəliblər. Digər oyun Xorvatiya və Ukrayna milli komandaları arasında keçirilib. Ukrayna rəqibini 4:1 hesabı ilə məğlub edərək turnir cədvəlində birinci pilləyə yüksəlib. Xorvatiya və Azərbaycan komandaları hərəyə üç xal toplayaraq 2-ci və 3-cü yerləri bölüşürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB