Bu gün Premyer Liqada XVII turun növbəti oyunları keçirilib. İkinci oyun günündə 3 qarşılaşma baş tutub.
İki turdu qələbə qazana bilməyən "Qarabağ" Quzanlıda "Rəvan"ı qəbul edib. İlk "altılığ"a düşməyi hədəfləyən hər iki komandanı da bugünkü görüşdə ancaq qələbə qane edirdi. İlk hissəsi heç-heçə başa çatan matçın ikinci yarısında Əfran İsmayılovun dublu "Qarabağ"a qələbə qazandırdı.
Günün ikinci matçında "Xəzər Lənkəran" Gəncədə yerli "Kəpəz"lə üz-üzə gəlib. Ötən tur səfərdə "Sumqayıt Şəhər"ə uduzan qərb təmsilçisi bu oyunda həmin məğlubiyyəti unutdurmağa çalışacaqdı. "Xəzər Lənkəran"ın da meydana 3 xal üçün çıxacağı heç kimdə şübhə doğurmurdu. Ən azından çempionluq yarışından qopmamaq üçün cənublular buna məcbur idi. Matça fəal başlayan "Xəzər Lənkəran" hər iki hissədə vurduğu qollarla rəqibini 4:1 hesabı ilə məğlub edərək, 5 oyunluq qələbəsizlik seriyasına son qoyub.
Günün son matçında isə AZAL və "Simurq" klubları üz-üzə gəliblər. Son turda "Neftçi"yə 1:7 hesabı ilə məğlub olan "təyyarəçilər"in bu matçda nə edəcəyi maraqla gözlənilirdi. Ötən turda "Turan"ı məğlub etməklə iddiasını ortaya qoyan "Simurq" isə bu görüşdə də sərfəli nəticəyə ümid edirdi. Ancaq meydan sahibləri 4:1 hesablı qələbə ilə ötən tur "Neftçi"yə böyükhesablı məğlubiyyəti qismən də olsa, unutdura bilib.
Qeyd edək ki, tura dünən keçirilən iki oyunla start verilib. Bu turun son oyunu olan "İnter" - "Neftçi" qarşılaşması isə sabah keçiriləcək.
Premyer Liqa, XVII tur
16 dekabr (cümə)
14:00. "Qarabağ" - "Rəvan" - 2:0
Qollar: Əfran İsmayılov, 72, 76-pen.
Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Coşqun Həsənov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Şahin Cəfərov
Quzanlı qəsəbə stadionu. (canlı, "İdman Azərbaycan")
14:00. "Kəpəz" - "Xəzər Lənkəran" - 1:4
Qollar: Antonio Semedo, 1, Branimir Subaşiç, 44-pen., Julius Vobay,65, Zahid Quliyev, 89 - Dmitri Parxaçov, 7
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Rahil Ramazanov, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Səfər Haşımov
Gəncə şəhər stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB