Kazım Kazım: "Biz doğru yoldayıq!"

Kazım Kazım: "Biz doğru yoldayıq!"

Bu axşam Türkiyə Superliqasının 16-cı turu çərçivəsində səfərdə "Orduspor"la qarşılaşacaq İstanbulun "Qalatasaray" futbol klubunda, futbolçuların əhval-ruhiyyəsi olduqca yüksəkdir. Siasport.az saytı xəbər verir ki, "Fənərbaxça" və "Trabzonspor" kimi güclü rəqiblərini böyük hesablarla məğlub edən, 6 turdur ki, məğlubiyyət üzü görməyən İstanbul klubu, bu axşam da məğlubedilməzlik seriyasını davam etdirməkdə qərarlıdır. Bunu elə "Qalatasaray"lı futbolçuların açıqlamalarından da bilmək olar. Belə ki, "Qalatasaray"ın milli futbolçusu Kazım Kazım jurnalistlərlə söhbətində Fatih Terimin rəhbərliyi altında komandanın olduqca düzgün yol ilə zirvəyə doğru irəlilədiyini, bu mövsüm Türkiyə çempionluğunu qazanmaq üçün böyük şanslarının olduğunu dilə gətirib: "İndiki "Qalatasaray" ilə keçən ilki "Qalatasaray"ı bir tərəziyə qoymaq düzgün deyil. Bunu heç müqayisə də etmək olmaz. İndi bizim hansı gücə sahib olmağımızı təkcə Türkiyədə deyil bütün Avropada hər kəs bilir. Ən əsası odur ki, biz doğru yoldayıq. Bu, hər şeydən çox vacibdir."-deyə K.Kazım fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə