Amerikalı futbolçu Landon Donovan, qarşıdakı mövsümün iki ayını icarə əsasında İngiltərənin "Everton" futbol klubunda keçirəcək. Siasport.az saytı xəbər verir ki, ABŞ-ın "Los Anceles Galakts" futbol klubuna məxsus olan L.Donovan artıq bu məsələ ilə bağlı ingilis klubu ilə razılıq əldə etdiyini mətbuat qarşısında açıqlayıb. "Everton"un rəsmi saytı da xəbəri təsdiqləyərək 29 yaşlı futbolçunun 2 ay ərzində ingilis klubunun şərəfini qoruyacaqını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB