Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması keçiriləcək. Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasim İsveçrənin Nyon şəhərində baş tutacaq.
ÇL-də mübarizni davam etdirən 16 komanda artıq I və II olmaqla səbətlərə bölünüblər. Qruplarında ilk pilləni tutan klublar I, ikinci yerin sahibləri isə müvafiq olaraq II səbətdə yer alıblar. Bu mərhələdə eyni ölkəni təmsil edən komandalar qarşılaşa bilməzlər.
Səbətlərin tərkibi isə belədir:
I səbət: \"Bavariya\" (Almaniya), \"inter\" (İtaliya), \"Benfika\" (Portuqaliya), \"Real\" (İspaniya), \"Çelsi\" (İngiltərə), \"Arsenal\" (İngiltərə), APOEL (Kipr), \"Barselona\" (İspaniya)
II səbət: \"Napoli\" (İtaliya), MOİK (Rusiya), \"Bazel\" (İsveçrə), \"Lion\" (Fransa), \"Bayer\" (Almaniya), \"Marsel\" (Fransa), \"Zenit\" (Rusiya), \"Milan\" (İtaliya)
ÇL-də olduğu kimi, bu gün Avroliqada da növbəti mərhələnin püşkatması olacaq. Ancaq bir istisna var ki, burada klubların sayı 32-di və onlar hərəsində 16 komanda olan 2 qrupa bölünüblər. Türkiyə təmsilçilərindən \"Beşiktaş\" birinci, \"Trabzonspor\" isə ikinci səbətdə yer alıblar. Avroliqanın püşkatma mərasimi isə Bakı vaxtı ilə saat 16:00-da başlayacaq:
I səbət: \"Beşiktaş\" (Türkiyə), \"Mançester Yunayted\" (İngiltərə), \"Mançester Siti\" (İngiltərə), \"Olimpiakos\" (Yunanıstan), \"Valensiya\" (İspaniya), \"Şalke\" (Almaniya), \"Tvente\" (Hollandiya), \"Standard\" (Belçika), PSV (Hollandiya), \"Sportinq\" (Portuqaliya), \"Atletik\" (İspaniya), \"Metalist\" (Ukrayna), \"Anderlext\" (Belçika), PAOK (Yunanıstan), \"Brügge\" (Belçika) və \"Atletiko\" (İspaniya)
II səbət: \"Trabzonspor\" (Türkiyə), \"Porto\" (Portuqaliya), \"Ayaks\" (Hollandiya), \"Viktoriya\" (Çexiya), \"Hannover\" (Almaniya), \"Legiya\" (Polşa), \"Styaua\" (Rumıniya), \"Latsio\" (İtaliya), \"Stok Siti\" (İngiltərə), \"Visla\" (Polşa), \"Zalsburq\" (Avstriya), \"Lokomotiv\" (Rusiya), \"Rubin\" (Rusiya), \"AZ Alkmaar\" (Hollandiya), \"Braqa\" (Portuqaliya), \"Udineze\" (İtaliya).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB