Dünən axşam UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyunlar keçirilib. Siasport.az saytı xəbər verir ki, İspaniyanın \"Atletiko Madrid\" futbol klubu, \"visyente Kolderon\" stadionunda Fransanın \"Renn\" futbol klubunu qəbul edib. Olduqca dramatik mübarizədə keçən qarşılaşma ispan klubunun 3:1 hesablı qələbə qazanması ilə yekunlaşıb. Qarşılaşmada əla futbol texnikası ilə diqqət çəkən keçmiş \"Qalatasaray\"lı Arda Turan oyunun 79-cu dəqiqəsində mükəmməl zərbə ilə gözəl qola imza atıb. Bundan başqa İtaliyada yerli \"Udenize\" futbol klubu Şotlandiyanın \"Seltik\" klubunu qəbul edib. 1:1 hesabı ilə nəticələnən qarşılaşma, italyan klubunu növbəti mərhələyə çıxarıb. İngiltərnin \"Tottenhem\" futbol klubu isə İrlandiya təmsilçisi \"Şamrok Rovers\"i 4:0 hesabı ilə darmadağın edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB