Rusiyanın "Anji" futbol klubu daha bir sürpriz transferə imza atmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, son bir il ərzində Avropanın ulduz futbolçularını heyətinə qatmaqla bütün dünyanı təəcübləndirən Mahaçqla klubu, daha bir ulduz futbolçunu "gözaltı" edib. Sən demə Dağıstan klubu, İngiltərənin "Çelsi" futbol klubunun Fildişi sahillərindən olan forvardı Didye Droqbanı transfer etməyə qərar verib. Rusiyanın "Sovetski Sport" nəşri iddia edir ki, "Anji" menecerləri "Zadəganların" qış transfer dövründə transferə çıxartmağı düşündüyü bir sıra futbolçuların siyahısında yer alan D.Droqba üçün, Roman Abromoviçin komandasına əla təklif irəli sürməyə hazırlaşır. "Anji" D.Droqbanı transfer edə bilsə, bu Mahaçqala klubunu Rusiya çempionatında ən bahalı futbolçuların cəmləşdiyi futbol klubuna çeviləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB