"Uduzmaqdan yorulmuşuq". Bu sözləri "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev deyib. Premyer Liqanın XVII turu çərçivəsində bu gün "Qəbələ" ilə qarşılaşan "Turan" yenə meydanı məğlub tərk edib. Mövsümün əvvəlindən maliyyə problemləri içərisində çabalayan Tovuz təmsilçisi Şəmkirdə keçirilən görüşdə qapısını toxunulmaz saxlaya bilməyib. Nəticədə Hilarionun vurduğu yeganə qol qarşılaşmanın taleyini həll edib.
Baş məşqçi məğlubiyyətin səbəbini heyətdə edilən dəyişikliklərlə bağlayıb: "Neçənci dəfədir ki, yeni komanda qururuq. Hər dəfə dəyişiklik etmək məcburiyyətində qalırıq. Təcrübəsizlikdən səhvə yol verdik və qapımızdan top buraxdıq. Görüləsi işlərimiz hələ çoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB