“Qəbələ” “Turan”a qarşı qərarını niyə ləğv etdi?

“Qəbələ” “Turan”a qarşı qərarını niyə ləğv etdi?
"Qəbələ" futbol komandası "Turan"a qarşı qərarını gözlənilmədən ləğv edib. Siasport.az saytı xəbər verir ki. Azərbaycan futbolunda nadir hallarda rast gəlinən bu addım, ciddi marağ doğurur. "Qəbələ" klubunun bu addımı atmasına əsas səbəb isə, bu komandadan "Turan"a icarəyə verilən qapıçı Anar Nəzirovla bağlı müddəanın qüvvədən düşməsidir.
"Qəbələ" gənc qapıçını icarəyə verərkən müqaviləyə belə bir bənd daxil edibmiş ki, A.Nəzirov məxsus olduğu komandaya qarşı oyunlarda forma geyinə bilməz. İlk dövrənin oyununda adı iştirak ərizəsinə salınmayan qapıçı bugünkü görüşdə mübarizə aparacaq. Qeyd edək ki, "Turan" Unibank Premyer Liqasının XVII turu çərçivəsində rəqibini neytral meydanda – Şəmkirdə qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə