AZAL, "Neftçi"yə acınacaqlı məğlubiyyəti təbiət qoynunda unutmağa çalışır...

AZAL, "Neftçi"yə acınacaqlı məğlubiyyəti təbiət qoynunda unutmağa çalışır...
Ötən tur "Neftçi" klubu ilə keçirilən qarşılaşmada qapısından 7 top buraxan AZAL, futbolçuların məruz qaldığı psixoloji gərginliyi aradan qaldırmaq üçün qəribə varianta baş vurub. Siasport.az saytı xəbər verir ki, klub rəhbərliyinin təşəbbüsü ilə komandanın məşqçi və futbolçu heyəti təbiət qoynuna gəzməyə çıxıblar. Bu fakt, Azərbaycan futbolunda ən az rast gəlinən nadir nümunələrdəndir. "AZAL Arena"da keçirilən məşqdən əvvəl Şüvəlanda bir araya gələn komanda, Xəzər dənizinin sahilinə - Dübəndiyə yollanıblar. Verilən məlumta görə, bu təbiət gəzinti, xüsusilə komandada çıxış edən legioner futbolçular üçün xoş sürpriz olub.

Bütün xəbərlər Facebook səhifəmizdə