"Bavariya"nın prezidenti Jozef Blatteri ilan balığına bənzətdi...

"Bavariya"nın prezidenti Jozef Blatteri ilan balığına bənzətdi...
FİFA prezidenti Jozef Blatterə qarşı kəskin ittihamlar ara vermir. Siasport.az saytı xəbər verir ki, indiyə qədər Avropanın, xüsusi ilə İngiltərənin bir sıra futbol mütəxəssisləri tərəfindən irqçiliyi müdafiə etməkdə ittiham olunan isveçli prezident, indi də almanlar tərəfindən "divana çəkilir".
Belə ki, Almaniyanın "Bayern Münhen" futbol klubunun prezidenti Karl Henz Rummenige bəyanatla çıxış edərək, J.Blatterin rəhbərlik etdiyi FİFA-nın ədalətli qurum olduğuna inanmadığını bəyan edib. "Pivəçilərin" prezidenti J.Blatterin, "əldə tutulan ilan balığına" bənzədiyini dilə gətirərək, onun FİFA-da əsl diktatura yaratdığını bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə