Danışılmış oyunlar məsələsi, artıq dünya futbolu üçün böyük skandala çevrilir. Siasport.az saytı xəbər verir ki, əsasən İtaliya, bir az əvvəl isə Türkiyədə ciddi müzakirə mövzusu olan danışılmış oyunlar məsələsi, indi də Xorvatiyada qalmaqala yaradıb. Belə ki, Xorvatiyada məhkəmə razılaşdırılmış matçların təşkilinə görə 15 futbolçuya və idman məmuruna ittiham hökmü çıxarıb. Müttəhimlər milli çempionatın nəticələri qabaqcadan məlum olan 8 görüşünü təşkil etməkdə, bu azmış kimi isə bu cür daha üç görüş keçirmək cəhdinə görə təqsirli bilinirlər.
Müttəhimlər barəsində 10 ayadək həbs, 250 min dollardan çox cərimə cəzası kəsilib. Onlar fırıldaqları baş tutacaqları təqdirdə də elə həmin məbləği almağa ümid bəsləyirdilər. Razılaşdırılmış oyunları təşkil edən bir Xorvatiya və iki Sloveniya vətəndaşının hər biri bir il həbs cəzası alıb. Almaniya polisindən alınmış informasiya sayəsində ortaya çıxmış idman saxtakarlığı milli futbol liqasında ciddi qalmaqala səbəb olub. Xatırladaq ki, ədalət təmsilçiləri günahkarları tapmaq üçün araşdırma aparmağa iki ildən çox vaxt sərf ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB