Jan Tiqana Nikola Anelkanın baş məşqçisi olacaq!

Jan Tiqana Nikola Anelkanın baş məşqçisi olacaq!

Məşhur fransız futbol mütəxəssisi olan 56 yaşlı Jan Tiqana yeni bir komandanın baş məşqçisi olmağa hazırlaşır. Siasport.az saytı xəbər verir ki, bir vaxtlar İstanbulun "Beşiktaş" futbol klbunun da sükanı arxasında olmuş J.Tiqana, artıq İngiltərənin "Çelsi" futbol klubunun ulduz futbolçusu Nikola Anelkanın da heyətində çıxış edəcəyi Çinin "Şanxay Şenha" futol klubunun sükanı arxasına keçməyə hazırlaşır. Türkiyənin "Miliyyet" qəzeti yazır ki, keçən əsrin 80-ci illərinin məşhur futbolçusunun Çin klubuna keçidi barədə bu klubun mediya koordinatoru məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə