Bu gecə "Beşiktaş" İstanbulda "Stok Siti" ilə "ölüm-dirim" oyununa çıxır...

Bu gecə "Beşiktaş" İstanbulda "Stok Siti" ilə "ölüm-dirim" oyununa çıxır...
Bu gün UEFA Avropa Liqasında sonuncu qrup oyunları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycan futbol ictimaiyyətinin də azarkeşlik etdiyi Türkiyənin "Beşiktaş" futbol klubu, E qrupunda növbəti oyununa çıxacaq.
"Ağ qaralar", "İsmət İnönü" stadionunda İngiltərənin "Stok Siti" futbol klubunu qəbul edəcəklər. Siasport.az saytı xəbər verir ki, hazırda E qrupunda ikinci sırada olan İstanbul təmsilçisi, rəqibindən İngiltərədəki 1:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa və qələbə qazanaraq E qrupunu lider kimi başa vurmağa çalışacaq. Bakı vaxtı ilə saat 22:00-də başlayacaq qarşılaşmanı Marcin Borski idarə edəcək. Bundan başqa bu gecə bir sıra maraqlı qarşılaşmalar da keçiriləcək.
D qrupu

22:00. "Sürix" (İsveçrə) – "Vaslui" (Rumıniya)
22:00. "Latsio" (İtaliya) – "Sportinq" (Portuqaliya)

E qrupu

22:00. "Dinamo" (Ukrayna) – "Makkabi" (Təl-Əviv, İsrail)
22:00. "Beşiktaş" (Türkiyə) – "Stok Siti" (İngiltərə)

F qrupu

22:00. "Slovan" (Slovakiya) – "Zalsburq" (Avstriya)
22:00. PSJ (Fransa) – "Atletik" (İspaniya)

J qrupu

00:05. "Makkabi" (Hayfa, İsrail) – "Şalke" (Almaniya)
00:05. "Styaua" (Rumıniya) – AEK (Kipr)

K qrupu

00:05. "Visla" (Polşa) – "Tvente" (Hollandiya)
00:05. "Fulhem" (İngiltərə) – "Odense" (Danimarka)

L qrupu

00:05. "Şturm" (Avstriya) – AEK (Yunanıstan)
00:05. "Anderlext" (Belçika) – "Lokomotiv" (Rusiya)

Bütün xəbərlər Facebook səhifəmizdə