Beş boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazandı!

Beş boksçumuz Avropa çempionatının yarımfinalına vəsiqə qazandı!
Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatı davam edir. Azərbaycan Boks Federasiyasından Siasport.az saytına verilən məlumata əsaəsn, ötən gün milli komandamızın daha bir üzvü qələbə qazanaraq, yarımfinala vəsiqə qazanıb. Belə ki, 64 kq çəki dərəcəsində mübarizə aparan Elnur Zeynalovun irlandiyalı Rohan Deytlə görüşü 13:13 hesabı ilə başa çatıb. Ancaq hakimlər qələbəni daha fəal döyüşən həmyerlimizə veriblər. Zeynalov dekabrın 14-də keçiriləcək yarımfinalda rusiyalı Ruslan Urixlə qarşılaşacaq. Yarımfinal mərhələsində milli komandamızın daha 4 üzvü gücünü sınayacaq. Kamran Məlikov (52 kq) ukraynalı Denis Yaşukla, Şaban Şahpələngov (56 kq) ukraynalı Dmitri Rudenkoyla, Rauf Rəhimov (81 kq) rusiyalı Tahir Pirdamovla, Fərid Paşayev (91 kq-dan yuxarı) isə yunanıstanlı Yevgenios Lazaridislə üz-üzə gələcək. Tələbələr arasında Avropa çempionatına dekabrın 15-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə