Mövsümün əvvələrindən İngiltərənin "Bolton" futbol klubundan İstanbulun "Qalatasaray" futbol klubuna transfer olunan və bu müddətdə gözəl oyunu ilə "Qalatasaray" azarkeşlərinin sevimlisinə çevrilən Yohan Elmander, artıq özünü əsl "Qalatasaray"lı sayır. Siasport.az saytı xəbər verir ki, "GSTV"-nin " Son pas" proqramına qatılan isveçli futbolçu, "cim bom"lu azarkeşlərin ona böyük rəğbət bəsələmələrini və sevgi ilə qarşılamalarını məmnunedici hadisə adlandırıb. Bundan böyük zövq duyduğunu və daha da yaxşı oynamaq həvəsində olduqunu deyən Y.Elmander, xüsusi ilə "Fənərbaxça" üzərindəki son qələbədən sonra artıq bütün komandanın çempionluq uğrunda mübarizəyə kökləndiklərini dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB