Dünən futbol üzrə Almaniya Bundesliqasında keçirilən "Köln"-"Mayns" görüşü dramatikliyi və gərginliyi ilə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, buna səbəb, hər iki komandanın meydandan 3 xalla ayrılmaq istəyinin olmasıdır. Xüsusi ilə "keçilərin" Almaniya çempionatındakı hazırkı durumları ürəkaçan olmadığına görə, "Köln"ə qələbə hava və su kimi lazım idi. Amma bunun əksinə olaraq "Maynz" futbolçuları qarşılaşmada hesabı ilk açan tərəf olublar. Vurulan qolun ardınca irəli atılan "keçilər", bu istəklərinə ancaq qarşılaşmanın 83-cü dəqiqəsində nail olublar. "Köln"ün və futbol üzrə Almaniya millisinin forvardı təcrübəli Lukaş Podolski mükəmməl zərbə ilə rəqib torunu silkələyib. Təcrübəli forvardın usta reydlər edərək rəqib müdafiəsini yarması da xüsusi ilə qeyd olunmalıdır. İndi məlum olur ki, mövsümün əvvələrində "Köln" klubu, bu təcrübəli futbolçuya yüksək transfer təklifi edən İstanbulun "Qalatasaray" klubunun təklifini nahaq yerə geri çevirməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB