Dünən azadlığa buraxılan \"Beşiktaş\" futbol klubunun baş məşqçisi Tayfur Havutçu, bu gün səhər xanımı Neslihan və qızı Mina ilə birlikdə evinin qarşısında jurnalistlərlə söhbət edib. Siasport.az saytı xəbər verir ki, 5-6 aylıq həbsxana həyatından sonra yenidən ailəsi ilə bir arada olmaqdan məmnun olduğunu dilə gətirən T.Havutçu bildirib ki, xüsusi ilə qızı Minanın doğum günündə onun yanında olmaq, bu şad günündə onun sevincinə şərik olmaq ata kimi onu çox sevindirir. Yenidən \"Beşiktaş\"ın sükanı arxasına keçməklə bağlı sualları cavablandıran T.Havutçu bildirib ki, o bu barədə hələ fikirləşmir və əsas diqqətini dincəlməyə yönəldəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB