Futbol üzrə Almaniya Bundesliqasında əla oyun sərgiləyən Borussiya "Dortmund"unda vəziyyət kritikdir. Siasport.az saytı xəbər verir ki, son Almaniya çempionu daha bir ulduz futbolçusunu itirməli olub. Belə ki, komandanın hücum xəttində olduqca əzmkar və yaradıcı futbol sərgiləyən 19 yaşlı gənc Mario Götze üçün 2011-ci il mövsümü sona çatıb. Sən demə, keçən turda zədələnən gənc alman futbolçunun ayaq əzələsində yırtıq aşkarlanıb və buna görə də həkimlər onun qarşıdakı son 3 turdakı kritik qarşılaşmalarda meydana çıxmasına icazə vermirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB