Diyeqo Maradona rəqib həmkarını söydü, 2700 dollar ziyana düşdü!

Diyeqo Maradona rəqib həmkarını söydü, 2700 dollar ziyana düşdü!
Dünya futbolunun canlı əfsanələrindən sayılan argentinalı Diyeqo Maradona, Birləşmiş Ərəb Əmirliyinin Futbol Federasiyası tərəfindən cəzaya məruz qalıb. Siasport.az saytı xəbər verir ki, BƏƏ-nin "El Wasl" futbol klubunun baş məqşisi olan argentinalı əfsanə, 0:2 hesabı ilə məğlub olduqları rəqib komandanın baş məşqçisini "yağlı söyüşlərə qonaq edib". Bu isə onunla nəticələnib ki, BƏƏ Futbol Federasiyası argentinalıya 3 oyunluq texniki zonadan kənarda qalmaq və 2700 dollar cərimə cəzası kəsib. D.Maradona isə Ərəb Əmirliklərində futbolun geriyə doğru yuvarlanmasında hakim savadsızlıqlarını əsas gəririr.

Bütün xəbərlər Facebook səhifəmizdə