Dünən Türkiyə Superliqasının 15-ci turunun sonuncu qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Fənərbaxça" futbol klubu, son turda əzəli rəqibi "Qalatasaray"a 1:3 hesablı məğlubiyyətdən sonra var gücü ilə qələbə qazanmaq və çempionatdakı uğursuzluğa son qoymaq niyyətində idi. Bursada "Bursaspor"un qonağı olan "Fənərbaxça" rəqib meydanında əzmkar oyun göstərərək istəyinə nail olub. Belə ki, Stokun və Semih Şentürkün vurduqları qollarla 2:0 hesablı qələbə qazanan "sarı lacivərtlilər", əzəli rəqibləri olan "Qalatasaray"la xallarını bərabərləşdiriblər. Amma şəxsi göstəricilərə görə daha yaxşı durumda olan "cim bom", hazırda Türkiyə çempionatında turnir cədvəlinin lideridir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB