Dekabrın 16-dan 18-dək "ABU-Arena" idman kompleksində taekvondo üzrə növbəti Azərbaycan çempionatı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, yarışın birinci günündə böyüklər, növbəti günlərdə isə gənc taekvondoçular mübarizə aparacaq. Ölkə çempionatında paytaxt da daxil olmaqla, respublikanın bütün regionlarından idmançılar təmsil olunacaqlar. Nəticələr elektron gödəkçələr vasitəsilə təyin ediləcək. İlk üç yeri tutan taekvondoçu ATF tərəfindən müvafiq diplom, medal və mükafatlarla təltif ediləcək. İdmançılar bütün çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB