"Çelsi" "Mançester Siti"yə "dur" dedi!

"Çelsi" "Mançester Siti"yə "dur" dedi!
Dünən İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində maraqlı qarşılaşma keçirilib. Siasport.az saytı xəbər verir ki, turun sonuncu qarşılaşmasında İngiltərənin iki iddialı futbol klubu olan "Çelsi" və Mançester Siti" "Stenford Bric" stadionunda üz-üzə gəliblər. Yeni mövsümdə bir dəfə də olsun məğlubiyyət üzü görməyən Roberto Mançinin komandası, bu məğlubedilməzlik seriyasını "Zadəganlar"la keçirilən qarşılaşmada da davam etdirmək istəsə də, buna nail ola bilməyib. Düzdür, elə 2-ci dəqiqədə Mario Balotelli komandasını hesabda irəli çıxarmağa nail olub. Amma qarşılaşmanın 34-cü dəqiqəsində Raul Merileş rəqib torunu silkələyərək hesabı bərabərləşdirib.
Qarşıalşamanın 82-ci dəqiqəsində isə təyin olunan penaltini dəqiq yerinə yetirən Frank Lempard "Çelsi"nin "Mançester Siti" üzərindəki 2:1 hesablı qələbəsini rəsmiləşdirib. Bununla da xallarının sayını 31-ə çatdıran "Çelsi", turnir cədvəlində 3-cü sıraya yüksəlib. "Mançester Siti" isə 38 xala sahib olsa da, bu məğlubiyyətdən sonra əzəli rəqibi olan "Mançester Yunayted"lə aralarındakı xal fərqi ikiyə enib.

Bütün xəbərlər Facebook səhifəmizdə