Boksçularımız Moskvada rəqib tanımırlar…

Boksçularımız Moskvada rəqib tanımırlar…
Rusiyanın paytaxtı Moskvada tələbələr arasında boks üzrə Avropa çempionatı start götürüb. Siasport.az saytı xəbər verir ki, Moskvanın "Krokus-Siti" sarayında keçirilən yarışda 7 boksçumuz da iştirak edir. Onlardan ikisi artıq ilk döyüşlərini keçirərək, növbəti mərhələyə vəsiqə qazanıb. 56 kq çəki dərəcəsində mübarizə aparan 2010-cu ilin gənclər arasında dünya çempionu Şaban Şahpələngov Moldova nümayəndəsi Vadim İvanyuku 9:6 hesabı ilə məğlub edib. Boksçumuzun növbəti rəqibi ukraynalı Dmitri Rudenko olacaq. Rauf Rəhimov da (81 kq) Moskvada ilk döyüşünü parlaq qələbə ilə başa vurub. Yeni çəki dərəcəsində gücünü sınayan bu ilin gənclər arasında Avropa birinciliyinin qalibi moldovalı Mixail Kationovu 2-ci raundda nokauta salıb. Rəhimov növbəti mərhələdə rusiyalı Tahir Pirdamovla qarşılaşacaq. Təəssüf ki, iki boksçumuz artıq mübarizəni dayandır. Yolçu Zeynalovun (75 kq) estoniyalı Denis Kormilinlə döyüşü 15:15 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqib idmançıya "bağışlayıb". Salman İbrahimov isə (60 kq) Vitali Kononova (Belarus) 7:14 hesabla uduzub. Bu gün isə Azərbaycan boksçularından Elnur Zeynalov rinqə çıxacaq. 64 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz irlandiyalı Rohan Deytlə üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə