Bir neçə saat bundan əvvəl Türkiyə futbolunda olduqca maraqlı hadisələr yaşanıb. Siasport.az saytı xəbər verir ki, buna səbəb, İstanbul məhkəməsi tərəfindən Türkiyədə danışılmış oyunlarla bağlı həbs olunanlardan 8 nəfərinin azadlığa buraxılmasına dair qərar verilməsidir. Bunlar "Beşiktaş" rəsmisi Serdal Adalı, baş məşqçisi Tayfur Havutçu, "Beşiktaş"ın protokol müdiri Ahmet Ateş, "Diyarbəkirspor" klubunun keçmiş prezidenti Əbdürrəhman Yaqut, futbolçular İbrahim Akın, Ümit Karan, Korcan Çelikay və İskender Alındır. Onlar istintaq bitənədək azadlıqda qalacaqlar. Bundan başqa, bir sıra futbolçu və məşqçilər haqda stadionlara girişin qadağan edilməsi qərarı ləğv olunub. Gökçek Vedersonun oynamasına qoyulan qadağa da aradan qaldırılıb və o, "Bursaspor"un növbəti matçında forma geyinə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB