Bahadır Nəsimov Flavinyoya qarşı!

Bahadır Nəsimov Flavinyoya qarşı!
Xəbər verdiyimiz kimi Bakının "Neftçi" futbol klubunun braziliyalı futbolçusu Flavinyo, futbol üzrə Azərbaycan millisində çıxış etmək istədiyini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, braziliyalı forvardın bu açıqlamasına Azərbaycanın futbol adamları müxtəlif münasibətlər və fikirlər bildiriblər. Amma bu məsələ ilə bağlı ən maraqlı açıqlamanı elə Flavinyonun futbolçu yoldaşı olan özbəkistanlı hücumçu Bahadır Nəsimov bildirib. Belə ki, Azərbaycan mediyasına açıqlama verən özbəkistanlı forvard bildirib ki, o Azərbaycan millisində daha çox yerli futbolçuların çıxış etməsinin tərəfdarıdır: "Düzü, bizdə, Özbəkistan millisində, legionerlər çıxış etmirlər. Lakin millimiz pis təsir bağışlamır. Flavinyo çox yaxşı futbolçudur, onun yığmanıza xeyri dəyə bilər. Ancaq mən belə hesab edirəm ki, Azərbaycan millisində yerli futbolçular çıxış etməlidirlər."

Bütün xəbərlər Facebook səhifəmizdə