"Real" Maurinyo ilə vidalaşır…

Deyəsən növbəti "El Klassiko"nu da uduzandan sonra, Madrid "Real"ının portuqaliyalı baş məşqçisi Joze Maurinyonun kral klubunun sükanı arxasından getməsi, tam şəkildə reallaşır. Siasport.az saytı xəbər verir ki, "Real"ın "Barselona" qarşısında sərgilədiyi bərbad oyun sistemi, J.Maurinyonun "Real"dakı missiyasının başa çatmaqda olduğunu göstərməklə yanaşı, eyni zamanda klub rəhbərliyinin də portuqaliyalıya "yaxşı yol" deməsinin vaxtının çatdığını göstərir. İspaniya mətbuatı yazır ki, qarşılaşmadan sonra klub rəhbərliyinin toplantısı keçirilib və belə oyun sistemi ilə "Real"ın bu il də "Barselona"nın kölgəsində qalacağı açıq şəkildə dilə gətirilib. "Marça" qəzeti yazır ki, "Real" rəhbərliyində J.Maurinyo ilə yolların hələ yayda ayrılmalı olduğu, bunun ləngidilməsinin isə komandaya ciddi ziyan vurduğu barədə ciddi fikir formalaşıb. Eyni zamanda Madrid təmsilçisinin rəhbərliyi J.Maurinyo ilə yolların qış transfer dövründə ayrılmasını məqsədə uygun sayıb. İspaniya mətbuatının iddiasına görə, "Real"ın idarə heyətində həmişəkindən fərqli olaraq J.Maurinyonun qalıb işləməsinə tərəf olanların və onun kral klubuna xeyir verəcəyinə inananların sayı indi olduqca azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə