Çempionlar Liqasında qrup mərhələsini adlayan ən çox futbol klubu İtaliyaya məxsusdur
Yeni mövsümdə UEFA Çempionlar Liqasında qrup mərhələsini adlayan ən çox futbol klubu İtaliyaya məxsusdur. Siasport.az saytı xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə adlayan 3 italyan klubu, bu göstəriciyə görə digər ölkə klublarını arxada qoyurlar.
Belə ki, iki Rusiya, iki İngiltərə, iki İspaniya, iki Fransa, bir İsveçrə, bir Kipr və bir Portuqaliya klubu növbəti mərhələyə vəsiqə qazanıblar. Statistika da aydın şəkildə göstərir ki, son iki il ərzində İtaliya klubları UEFA Çempionlar Liqasında uğurla çıxış etməyə başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB