"Qalatasaray"ın Messisi kimdir?
Dünənki "Trabzonspor" səfərindən 3:0 hesablə qələbə ilə ayrılan İstanbulun "Qalatasaray" futbol klubunda, hər kəsin əhval-ruhiyyəsi yüksək görünür. Siasport.az saytı xəbər verir ki, "cim bom"lu futbolçuların kefləri elə kökdür ki, həttda "Qalatasaray"da kimin Messi, kimin Ronaldu olması barədə də fikirləşməyə vaxt tapıblar.
Belə ki, İspaniyanın "Atletiko Madrid" futbol klubundan İstanbul nəhənginə transfer olunan çexiyalı Ujfalisus, qarşılaşmadan sonra bildirib ki, onlar Əmrə Çolakı "Qalatasaray"ın Messisi hesab edirlər. Gənc futbolçunun olduqca bacarıqlı və texnikalı oyun sisteminə sahib olduğunu dilə gətirən çexiyalı futbolçu, Ə.Çolakın gələcəkdə "Qalatasaray" üçün önəmli ulduz futbolçuya çevriləcəyinə ümid etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə