Arda Turan La Liqada ilk qolunu vurdu, "Atletiko Madrid" məğlub oldu!
Dünən İspaniya La Liqası çərçivəsində səfərdə "Espanyol"un qonağı olan "Atletiko Madrid" futbol klubu, meydandan acınacaqlı məğlubiyyətlə ayrılıb. Siasport.az saytı xəbər verir ki, Arda Turanın komandası yerli komandanın hücumları qarşısında tab gətirməyərək 2:4 hesablı məğlubiyyətə düçar olub. A.Turanın qarşılaşmanın 83-cü dəqiqəsində vurduğu möhtəşəm qol da onun komandasını məğlubiyyətdən qurtara bilməyib. Bu qarşılaşmaya qədər, İspaniya La Liqasında 17 xalla 11-ci yerdə olan "Espanyol", 19 xalla turnir cədvəlində 9-cu yerdə olan Madrid klubundan 3 xal alaraq xal ehtiyatını 20-yə çatdırıb. Bu qarşılaşma isə daha çox baş məşqçi Griqori Monzanonun "Atletiko Madrid"in sükanı arxasından gedişini sürətləndirib. Dünənki qarşılaşmadan sonra "Atletiko Madrid" rəhbərliyinin G.Monzanonu istefaya göndərmək barədə qəti qərar verdiyi barədə İspaniya mətbuatı bu günkü səhifələrində müxtəlif məlumatlar dərc edib. "AS" yazır ki, Madrid təmsilçisinin rəhbərliyi UEFA Avropa Liqasındakı uğurlu gedişata baxmayaraq, La Liqada heç cürə öz oyununu tapa bilməyən komandanın sükanı arxasına yeni mütəxəssis gətirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB