UEFA-nın İntizam Komitəsinin bu günlərdə növbəti iclası keçiriləcək. Məhz bu tədbirdə futbol üzrə Azərbaycan millisinin və "Qəbələ"nin müdafiəçisi Mahir Şükürovun məsələsinə dair də son qərar çıxarılacaq.
Qitə futbol qurumunun mətbuat xidmətinin rəhbəri Devid Teylor hələ bu iclasın konkret nə vaxt baş tutacağını bilmir. Lakin o, Şükürova ciddi cəza veriləcəyini istisna etmir: "Mahir Şükürovun məsələsinin konkret hansı gündə müzakirə olunacağı dəqiq bilinmir. Hər halda UEFA məsələnin tezliklə həllinin tapılmasında maraqlıdır. Mən baş verən hadisəni şərh etmək səlahiyyətinə malik deyiləm. Sadəcə, onu deyə bilərəm ki, əgər futbolçuda "B" nümunəsi müsbət nəticə versə, o zaman cəza qaçılmaz olacaq. Qərarın necə olacağını isə bilmirəm. Belə olan hallarda adətən 2 ilədək cəza verilir. Bu zaman futbolçunun statusundan asılı olmayaraq, ona heç bir güzəşt edilmir. Çünki dopinqdən istifadə edən oyunçu cəzasız qala bilməz. Belə cəzalar digər futbolçulara da nümunə olmalıdır. Komitə yalnız onu nəzərə ala bilər ki, Mahirdə bundan əvvəl belə bir hal olmayıb. Yalnız bu halda cəzanın yüngül olmasına ümid etmək mümkündür. Məsələn, ilyarımlıq və ya 1 illik diskvalifikasiya istisna deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB