"Tottenhem" Reyesə görə "Atletiko Madrid"ə 8 milyon avro təklif etdi!
İspaniyanın "Atletiko Madrid" futbol klubunun ulduz futbolçusu Xose Antonio Reyesi öz heyətinə qatmaq istəyən klubların sayı getdikcə çoxalır. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Qalatasaray" futbol klubunun transfer siyahısında əsas futbolçu kimi göstərilən Reyesə, indi də İngiltərənin "Tottenhem" futbol klubu "müştəri" çıxıb.
İspaniyanın "AS" qəzeti iddia edir ki, ulduz futbolçunu heyətinə qatmaq üçün ingilis klubu, 8 milyon avrosundan keçməyə hazırdır. Qəzetin yazdığına görə Türkiyə klubu ilə Reyesin transferində rəqabətə girməyə hazırlaşan "Tottenhem", artıq öz istəyini "Atletiko Madrid" təmsilçisinə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB