Rafael Əmirbəyov “Bakı” komandasında məşqçilik edəcək

Rafael Əmirbəyov “Bakı” komandasında məşqçilik edəcək
Futbolçu karyerasını keçən həftə bitirən təcrübəli futbolçu Rafael Əmirbəyov, "Bakı" komandasından ayrılmayacaq.
Siasport.az saytı xəbər verir ki, buna səbəb sabiq müdafiəçinin "Bakı"da məşqçi kimi fəaliyyətə başlamasıdır. R.Əmirbəyov qarşıdakı illərdə gənclərə futbolun sirlərini öyrədəcək, yeni futbolçu nəslinin yetişdirilməsində bilavasitə iştirak edəcək, bilik və bacarığını onlarla bölüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə