İngiltərənin "Arsenal" futbol klubu daha bir ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, London klubunun İstanbulun "Fənərbaxça" futbol klubundan transfer etdiyi braziliyalı Andre Santos, ayağından aldığı zədə üzündən ən azı 3 həftə yaşıl meydanlardan uzaq olacaq. Futbol üzrə Braziliya millisinin də şərəfini qoruyan ulduz futbolçu, keçən həftə UEFA Çempionlar Liqasının qrup mərhələsində Yunanıstan "Olimpiakos"u ilə keçirilən qarşılaşmada biləyindən ciddi olaraq zədələnib. Xatırladaq ki, London klubu həmin qarşılaşmada 1:3 hesabı ilə məğlub olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB