"Beşiktaş" rəqibini darmadağın etdi!

"Beşiktaş" rəqibini darmadağın etdi!
İstanbulun "Beşiktaş" futbol klubu, əzəli rəqiblərindən geri düşməmək üçün dünən səfərdə qarşılaşdığı "Manisaspor"u 4:1 hesabı ilə məğlub edərək, xallarının sayını 27-yə yüksəldib. Siasport.az saytı xəbər verir ki, "qara qartal", "Manisaspor"la qarşılaşmada olduqca aqressiv və əzmkar oyun nümayiş etdirərək, rəqibini Quaresma, Sivok, Fernandes və Mustafanın qolları ilə ilə məğlub etməyi bacarıb. "Manisaspor"lu Muratın Rüştü Rəncbərin qapısına vurduğu qol isə sadəcə təsəllidən başqa bir şey olmayıb. Hazırda Türkiyə Superliqasında 3-cü sırada qərarlaşan "Beşiktaş"ı əzəli rəqibləri olan "Fənərbaxça" və "Qalatasaray"dan cəmi 1 xal ayırır. Bu isə o deməkdir ki, zirvə yarışında Türkiyənin bu 3 nəhəng futbol klubu arasında qarşıdakı turlarda olduqca prinsipial və gərgin mübarizə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə