Emmanuel Eboue "Trabzonspor"la keçiriləcək oyunda meydanda olacaq?

Emmanuel Eboue "Trabzonspor"la keçiriləcək oyunda meydanda olacaq?

İstanbulun "Qalatasaray" futbol klubunun əzəli rəqibi "Fənərbaxça" üzərində qazandığı 3:1 hesablı qələbə, "cim bom"a asan başa gəlməyib. Siasport.az saytı xəbər verir ki, həmin qarşılaşmada sol ayağından ciddi zədə alan fildişi sahillərindən olan Emmanuel Ebouenin bazar günü oynanılacaq "Trabzonspor" qarşılaşmasına qədər sağalaraq yaşıl meydanlara dönəcəyi gözlənilir. İstanbul klubunun həkimləri "Arsenal"ın keçmiş futbolçusunun sağalması üçün bütün lazım olan işləri görürlər. Baş məşqçi Fatih Terim də "Qalatasaray"lı həkimlərdən bu futbolçunun "Trabzonspor" qarşılaşmasına qədər sərəncamına verilməsini istəyib. Qələbə seriyasını davam etdirməkdə israrlı olan "Qalatasaray", olduqca ağır keçəcək "Trabzonspor" qarşılaşmasından da uğurla ayrılmaq istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə