Ukraynada sərbəst güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş III Beynəlxalq turnir keçiriləcək

Ukraynada sərbəst güləş üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş III Beynəlxalq turnir keçiriləcək
Dekabrın 23-dən 25-dək Kiyev vilayətinin İrpen şəhərində Ukrayna Milli Dövlət Vergi Xidməti Universitetinin idman zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün 20 illiyinə həsr edilmiş gənclər arasında sərbəst güləş üzrə III Beynəlxalq turnir keçiriləcək. Siasport.aaz saytı xəbər verir ki, yarışlar Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm-Mədəniyyət, İdman Mərkəzinin əsasını qoymuş məşhur idmançı, məşqçi və xeyriyyəçi, Beynəlxalq "Azərbaycançılıq İnstitutu" İctimai Təşkilatının (BAİ) prezidenti Oleq Krapivinin rəhbərlik etdiyi BAİ tərəfindən Azərbaycanın Kiyevdəki səfirliyinin, Ukrayna Təhsil, Elm, Gənclər və İdman Nazirliyinin, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elm-Mədəniyyət, İdman Mərkəzinin, Ukrayna Milli Olimpiya Komitəsinin və digər qurumların dəstəyi ilə təşkil edilir. Turnirdə Azərbaycan, Ukrayna, RF, Belarus və Moldovanı təmsil edən gənc güləşçilər iştirak edəcəklər. Yarışların rəsmi açılış mərasimindən əvvəl onun təşkilatçıları və iştirakçıları Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə və Kiyevin peyk şəhəri İrpendəki Dostluq Parkında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın abidəsi önünə tər çiçəklər qoyacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə