Tokioda dekabrın 9-da başlanacaq "Böyük dəbilqə" turnirinin püşkatması keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda Azərbaycanın səkkiz cüdoçusu iştirak edəcək. Ümumiyyətlə, Yaponiyaya 62 ölkədən atletlər gəlib. Azərbaycandan bu yarışda 399 cüdoçu – 247 kişi və 152 qadın iştirak edəcəklər. 60 kq çəki dərəcəsində İlqar Müşkiyev Artyom Arşanski ilə (İsrail), Vüqar Şirinli Tumurxuleq Cavadorj ilə (Monqolustan) görüşəcəklər. 66 kq çəki dərəcəsində Tərlan Kərimov koreyalı Min Xo Çoiyə qarşı tatamiyə çıxacaq, 73 kq çəki dərəcəsində Rüstəm Orucov Odbayar Qanbatar ilə (Monqolustan) döyüşəcək. 81 kq çəki dərəcəsində Elxan Rəcəbli Yaroslav Şzepanyak (Polşa) – Artyom Vasilyenko (Ukrayna) cütlüyünün qalibi ilə görüşəcək. Qalan çəki dərəcələrində Azərbaycan cüdoçularının rəqibləri aşağıdakı idmançılar olacaq: 90 kq – Elxan Məmmədov–Diyeqo Rozati (Argentina), 57 kq – Kifayət Qasımova–İrina Zabludina (Rusiya)–İzabel Fernandes (İspaniya) cütlüyünün qalibi, 63 kq – Ramilə Yusubova–Alis Şlezinger (İsrail)–Tatyana Kazenyuk (Rusiya) cütlüyünün qalibi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB