“Baku Fires” – “Leipzig Leopards” komandalarının heyətləri məlum oldu

“Baku Fires” – “Leipzig Leopards” komandalarının heyətləri məlum oldu
Dekabrın 10-da "Sərhədçi" Olimpiya İdman Mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 4-cü turunun matçında Azərbaycanın "Baku Fires" və Almaniyanın "Leipzig Leopards" komandaları qarşılaşacaqlar.Siasport.az saytı xəbər verir ki, klublar hərəyə 9 xal toplayıb və "B" qrupunda ilk iki pilləni tuturlar. Komandaların heyətləri artıq məlumdur: "Baku Fires" – "Leipzig Leopards": 54 kq - Məhəmməd Əbdülhəmidov – Edqar Valt, 61 kq - Semyon Qrivaçyov – Eugen Burxard, 73 kq - Nikolay Veselov – Denis Radovan, 85 kq - Ramazan Məhəmmədov – Kennet İqan, 91 kq-dan yuxarı - Əbdülqədir Abdullayev – Kornelius Şıxan. Qeyd edək ki, bu matçda Nikolay Veselov Baku Fires-ın heyətində birinci döyüşünü keçirəcək. Avro-2010-un bürünc mükafatçısının rəqibi gənclər arasında dünya çempionatının medalçısı Denis Radovan olacaq. Digər 4 boksçumuz artıq hərəyə bir döyüş keçirərək qələbə qazanıblar. "Leipzig Leopards"ın heyətində ən tanınmış boksçu Kennet İqandır. İrlandiyalı idmançı Pekin Olimpiadasında gümüş medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə