Beynəlxalq Voleybol Federasiyası yeni reytinq cədvəlini açıqlayıb

Beynəlxalq Voleybol Federasiyası yeni reytinq cədvəlini açıqlayıb
Beynəlxalq Voleybol Federasiyası yeni reytinq cədvəlini açıqlayıb Beynəlxalq Voleybol Federasiyası kişi komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, dünya kuboku yarışlarının yekununa əsasən açıqlanan siyahıda Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Baş məşqçi Sabir Əliyevin yetirmələri 91-103-cü yerləri bölüşürlər. Reytinq cədvəlinin ilk "üçlüyü" də dəyişməz qalıb. Braziliya (300), Rusiya (270) və İtaliya (226) əvvəlki kimi bütün rəqiblərindən üstündürlər. Xatırladaq ki, noyabrda açıqlanan qadın voleybolçular arasında reytinq cədvəlində də millimizin mövqeyi dəyişməyib. Aktivində 18 xalı olan baş məşqçi Faiq Qarayevin yetirmələri Tunislə 35-36-cı yerləri bölüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə