Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub. Gecənin ən sensasiyalı nəticəsi isə "Bazel"in "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edərək "qırmızı şeytanlar"ı mübarizədən kənarlaşdırması hesab olunur. Neçə illərdir ki, UEFA Çempionlar Liqasının qalibi olan və daima bu nüfuzlu turnirin finallarına qatılan ingilis klubunun qruplardan belə çıxa bilməməsi, olduqca sensasiyalı hadisə sayılmalıdır. Bundan başqa, B qrupunda Türkiyənin bu turnirdəki yeganə təmsilçisi olan "Trabzonspor", səfərdə Fransa "Lill"i ilə qarşılaşıb. Qolsuz bərabərliklə bitən qarşılaşmada, "qara dəniz fırtınası" heç cür sevinə bilməyib. Buna əsəbə, paralel keçirilən qarşılaşmada Rusiya "OMİK"inin Milanda "İnter" üzərində 2:1 hesabı ilə qalib gələrək UEFA Çempionlar Liqasının 1/18 final mərhələsinə yüksəlməsidir. Qrupda 3-cü yerə sahib olan "Trabzonspor" isə mübarizəni UEFA Avropa Liqasının 1/16 final mərhələsində dsavam etdirəcək. "Lill" isə avrokuboklarla erkən vidalaşıb. Bundan başqa D qrupunda Fransa "Lion"u, UEGA Çempionlar Liqasının təsnifat mərhələsində "Neftçi"ni mübarizədən kənarlaşdıran Zaqreb "Dinamo"suna 7:1 hesabı ilə "divan tutub". A qrupunun lideri "Bavariya" səfərdə "Mançester Siti"nin qonağı olub. Növbəti mərhələyə çıxmaq şansını saxlayan "şəhərlilər" bu görüşdə mütləq qələbə qazanmalı idi ki, buna nail olub. Lakin "Mançester təmsilçisi növbəti mərhələyə adlaya bilməyib. Buna səbəb isə qrupun digər qarşılaşmasında isə "Vilyareal" öz meydanında "Napoli"yə məğlub olmasıdır.
A qrupu
23:45. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) - 2:0
23:45. "Vilyareal" (İspaniya) – "Napoli" (İtaliya) - 0:2
B qrupu
23:45. "İnter" (İtaliya) - CSKA (Moskva, Rusiya) - 1:2
23:45. "Lill" (Fransa) – "Trabzonspor" (Türkiyə) - 0:0
C qrupu
23:45. "Bazel" (İsveçrə) - "Mançester Yunayted" (İngiltərə) - 2:1
23:45. "Benfika" (Portuqaliya) - "Otselul" (Rumıniya) - 1:0
D qrupu
23:45. "Ayaks" (Hollandiya) - "Real" (Madrid,İspaniya) - 0:3
23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) – "Lion" (Fransa) - 1:7
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB