\"Qalatasaray\" \"Türk Telekom Arena\"da \"Fənərbaxça\"ya \"futbol dərsi\" keçdi!

\"Qalatasaray\" \"Türk Telekom Arena\"da \"Fənərbaxça\"ya \"futbol dərsi\" keçdi!
Türkiyə çempionatının ən prinsipial oyunlarından biri - "Qalatasaray"-"Fənərbaxça" qarşılaşması keçirilib. Siasport.az saytı xəbər verir ki, dünyanın ən böyük futbol derbilərindən hesab olunan bu qarşılaşmanı, \"Türk Telekom Arena\"da 50 mindən çox azarkeş izləyib. Türkiyənin iki nəhəng futbol klubunun qarşılaşmasında gülən tərəf \"cim bom\" olub. Olduqca aqressiv və əzmkar oyun nümayiş etdirən \"Qalatasaray\" futbolçuları, sözün əsl mənasənda \"Fənərbaxça\"ya \"futbol dərsi\" keçiblər. "Qalatasaray"ın 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada, \"Arsenal\"dan transfer olunan Emmanule Eboue 33-cü dəqiqədə komandasını hesabda irəli çıxarıb. Bundan cəmi 5 dəqiqə sonra "Fənərbaxça" oyuna yenidən mərkəzdən başlamalı olub. Bu dəfə "Qalatasaray"ın daha bir yeni transferi - Elmander fərqlənib. Birinci hissə "sarı-qırmızılılar"ın iki top üstünlüyü ilə başa çatıb. İkinci hissədə - 66-cı dəqiqədə "Qalatasaray"ın yeni transferlərindən olan Melo hesab arasındakı fərqi artırıb - 3:0
"Fənərbaxça"nın gücü yalnız təsəlli qoluna və biabırçı məğlubiyyətdən birtəhər xilas olmağa çatıb. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Aleks hesab arasındakı fərqi azaldıb.
Bu oyundan sonra "Qalatasaray" turnir cədvəlində liderliyə yüksəlib. Beləliklə, "sarı-qırmızılılar" 59 oyun həftəsi və ya 639 gündən sonra liderliyə yüksəliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə