Futbolçu qızlarla görüş keçirilib

Futbolçu qızlarla görüş keçirilib
2011-12-07 15:53:00 DDünən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında futbol üzrə qızlardan ibarət milli komandamızın əsas oyunçuları Kamilə Məmmədova və Nərgiz Ömərova ilə görüş keçirilib. Siasport.az saytı xəbər verir ki, ATGTİ-nin idman işçi qrupunun təşəbbüsü ilə təşkil olunmuş görüşdə futbolçu qızlar gələn il ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası Dünya çempionatı haqqında məlumat vermiş və tədbir iştirakçılarının suallarını cavablandırıblar. Tədbirdə FIFA U-17 qadınlararası Dünya çempionatının Təşkilat Komitəsinin üzvləri Şəbnəm Alməmmədova, Emiliya Kazımova və Aida Əliyeva da iştirak edibllər. 

Bütün xəbərlər Facebook səhifəmizdə